Söylə, sevən oldumu
Heç səni mənim qədər?
Darıxmaqdan yoruldunmu
Uzun-uzun qara gecələr?
Söylə, bir udum su keçdimi
Mənsiz boğazından?
Bəlkə məni unuda bilmədin
Unutmaq istəmədin ən azından
İstərəm, səninlə bir yerdə
Gəzək bu sevgi yağan küçələrdə
Darıxsan belə, aç qollarını
Uzaqdan-uzağa sarılaq hərdən
İslanaq bu eşqin yağışında
Bir sən, bir mən varıq bu şəhərdə
Yanımda deyil, amma yadımdasan
Sevgin yaşayır ürəyimdə
Söylə, sevən oldumu
Heç səni mənim qədər?
Darıxmaqdan yoruldunmu
Uzun-uzun qara gecələr?
Söylə, bir udum su keçdimi
Mənsiz boğazından?
Bəlkə məni unuda bilmədin
Unutmaq istəmədin ən azından
İstərəm, səninlə bir yerdə
Gəzək bu sevgi yağan küçələrdə
Darıxsan belə, aç qollarını
Uzaqdan-uzağa sarılaq hərdən
İslanaq bu eşqin yağışında
Bir sən, bir mən varıq bu şəhərdə
Yanımda deyil, amma yadımdasan
Sevgin yaşayır ürəyimdə
İstərəm, səninlə bir yerdə
Gəzək bu sevgi yağan küçələrdə
Darıxsan belə, aç qollarını
Uzaqdan-uzağa sarılaq hərdən
İslanaq bu eşqin yağışında
Bir sən, bir mən varıq bu şəhərdə
Yanımda deyil, amma yadımdasan
Sevgin yaşayır ürəyimdə